![](/ckfinder/userfiles/images/kriminal/sosial/g%C3%B6yg%C3%B6l%20sel%201685082835_1685076170_2023-05-26_08-40-00%5B1%5D.png)
Göygöldə selin apardığı iki nəfər kəndə istirahətə gəliblərmiş - VİDEO
- 10:35 - 26 May
Göygöl rayonunun Topalhəsənli kəndində selin apardığı iki nəfər ora istirahət məqsədi ilə gediblərmiş.
Avropa.info oxu.az-a istinadən xəbər verir ki, onlar oradakı istirahət mərkəzində yeyib-içiblərmiş.
Həmin vaxt Gəncə çayında sel baş verib və 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanov itkin düşüblər.
Artıq onların meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, daşqınlar zamanı yeddi avtomobilə ziyan dəyib. 50-dən çox mal-qara tələf olub.