Azərbaycan hərbi hava qüvvələri dünyanın ən güclüləri SİYAHISINDA

  • 01:32 - 26 May

ABŞ-ın hərbi güc məlumatlarını toplayan "Global Firepower" internet saytı 2023-cü ilin ən güclü hərbi hava qüvvələrini açıqlayıb. 

Avropa.info xəbər verir ki, dünyanın ən güclü hava qüvvələrini təyin edərkən təyyarələrin sayı, istifadə olunan təyyarənin xarakteri, pilotların və hərbçilərin sayı kimi amillər nəzərə alınır. 

ABŞ-da yerləşən "Global Firepower"in hazırladığı siyahıda Azərbaycan 57-ci sırada qərar tutub.

Qeyd edək ki, bu siyahıda Gürcüstanın hərbi hava qüvvələri 84, Ermənistan isə 85-ci yerdədir. 

"Global Firepower"in hazırladığı siyahıda qardaş Türkiyənin hərbi hava qüvvələri 9-cu yerdədir. Türkiyə təyyarələrin ümumi sayı barədə məlumat aşağıdakı kimidir: 

1065 döyüş təyyarəsi: 205 Nəqliyyat: 83 Təlim təyyarəsi: 270 Xüsusi təyinatlı təyyarə: 22 Tanker donanması: 7 Helikopter: 478 Hücum helikopteri: 110. 


Oxunma sayı: 3235

Oxşar yazılar