Rusiyadan İsveçə CAVAB: Moskva bu ölkənin baş konsulluğunu bağlayır

  • 16:27 - 26 May

Rusiya Xarici İşlər Nazirliyi 5 İsveç diplomatının “persona non-qrata” elan edilməsinə qərar verildiyini bildirib. 

Avropa.info xəbər verir ki, Rusiya XİN-in yaydığı açıqlamada bu qərarın İsveçə cavab olaraq qəbul edildiyi bildirilib.

Bunun “düşməncəsinə” addım olduğu və ikitərəfli münasibətləri çətin vəziyyətə saldığı vurğulanan açıqlamada bu səbəbdən İsveçin Moskvadakı səfiri Malena Mardın nazirliyə çağırıldığı bildirilib. 

“Səfirə məlumat verilib ki, 5 İsveç diplomatı, o cümlədən müdafiə məsələləri ilə məşğul olan 3 əməkdaş İsveçin Moskvadakı səfirliyində qarşılıqlı münasibətin tələbi ilə “persona non qrata” elan edilib", - deyə qeyd edilir. 

Bundan əlavə, Rusiyanın Göteborqdakı Baş Konsulluğunun sentyabrın 1-dən etibarən fəaliyyətini dayandırmaq qərarına gəldiyi bildirilib. Səfirə həmçinin məlumat verilib ki, Rusiya tərəfi 2023-cü il sentyabrın 1-dən İsveçin Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verilmiş icazəni ləğv edib.


Oxunma sayı: 2487

Oxşar yazılar