Finlandiyadan Ukraynaya 16-cı dəstək paketi

  • 15:33 - 26 May

Finlandiya hökuməti Ukraynaya edilən yardımlar çərçivəsində 16-cı müdafiə dəstək paketinin göndəriləcəyini açıqlayıb. 

Avropa.info xəbər verir ki, Finlandiya hökumətindən verilən yazılı açıqlamada yardımın Finlandiya prezidenti Sauli Niinistö tərəfindən təsdiqləndiyi bildirilib. 

Sözügedən yardımın Ukraynaya göndəriləcək 16-cı dəstək paketi olduğuna diqqət çəkilib. "Yardım, digərləri arasında zenit silahları və sursatları da əhatə edir. Bu yardımın Finlandiyaya 109 milyon Avroya başa gələcəyi təxmin edilir", - deyə qeyd edilib. 

Bəyanatda fikirlərinə yer verilən Finlandiyanın müdafiə naziri Antti Kaikkonen bildiirb ki, "Finlandiya beynəlxalq tərəfdaşlarımızla birlikdə Ukraynaya dəstəyini davam etdirəcək". 

Kaykkönen qeyd edib ki, Finlandiyanın Ukraynaya çatdırdığı bütün müdafiə yardım paketlərinin dəyəri 1,1 milyard avro təşkil edir. Nazir vurğulayıb ki, əməliyyat səbəblərindən və yardımın təhlükəsiz çatdırılmasını təmin etmək üçün yardımın məzmunu, çatdırılma üsulu və ya qrafiki barədə məlumat verilməyəcək.


Oxunma sayı: 2817

Oxşar yazılar