
Alovların bürüdüyü binanın divarı bir anda uçdu - FOTO
- 14:30 - 26 May
Avstraliyanın Sidney şəhərində alovlar içində qalan binanın üst mərtəbəsindəki divar qəfil uçub. Yanğına 100 yanğınsöndürən müdaxilə edib və qısa müddətdə söndürülüb. Yanğınsöndürən qolundan yüngül xəsarət alan hadisədə ölən olmayıb.
Avropa.info xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels əyalətinin mərkəzi Sidneyin Surri Hills bölgəsində 6 mərtəbəli və ona bitişik 2 mərtəbəli binada yanğın baş verib.
Əyalətin yanğınsöndürmə xidmətinin verdiyi açıqlamada yanğına 20 yanğınsöndürən maşını və 100 yanğınsöndürən cəlb edildiyi bildirilib.
Binanın üst mərtəbəsində alov topuna çevrilən divarın uçması panikaya səbəb olub.
Yanğının binalara keçməsi qorxusundan ətrafdakı binalar sürətlə təxliyə edilib. Binanın qarşısında dayanan avtomobil də külə dönüb.
Yanğın səbəbiylə ən yüksək həyəcan həddinə çatarkən, alovların bürüyən binaların boş olduğu bildirilib.
Yanğınsöndürən qolundan yüngül xəsarət alan hadisədə ölən olmayıb.


