
"Vaqner" muzdlularının lideri Baxmutdan geri çəkilməyə başladıqlarını AÇIQLADI
- 13:34 - 26 May
Muzdlu "Vaqner" silahlı qrupunun lideri Yevgeni Priqozin döyüşçülərin Ukraynada ələ keçirdikləri Baxmutdan geri çəkilməyə başladığını açıqlayıb. Priqozin şəhərə nəzarəti rus ordusuna verəcəklərini bildirib.
Avropa.info xəbər verir ki, Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqozin bəyan edib ki, Vaqner Ukraynanın Baxmut şəhərindən qoşunlarını çıxarmağa və oradakı mövqelərini nizami rus qoşunlarına keçirməyə başlayıb.
"Biz qoşunları Bəhmutdan çıxarırıq. Bu gün səhər saat 5-dən iyunun 1-dək qoşunların əksəriyyəti arxadakı düşərgələrə çıxarılacaq. Mövqelərimizi orduya təhvil veririk", - deyə Priqozin bildirib.
Priqozin müharibənin ən uzun və ən qanlı döyüşündən sonra şənbə günü Baxmutun tutulduğunu elan edib.