
Fransadakı erməni diasporundan Kılıçdaroğluna dəstək - VİDEO
- 12:29 - 26 May
CHP sədri Kamal Kılıçdaroğluna Türkiyədəki prezident seçkilərinin ikinci turuna bir neçə gün qalmış Fransadakı erməni diasporundan dəstək gəlib.
Avropa.info xəbər verir ki, bu barədə bir diaspor üzvü danışıb. “General De Qoll, Şirak və ya Mitteran hələ Fransa prezidenti olsaydı, Ərdoğan Fransa prezidenti Makron haqqında belə danışa bilərdi? Yox, heç vaxt, biz ermənilər niyə həmişə baş əyirik, Fransa böyük dövlətdir və onun səsi eşidilməlidir”, - deyə o bildirib.
Yayımlanan görüntülərdə başqa bir vətəndaş "ermənilər olaraq Ərdoğanın getməsini istəyirik. Ərdoğan qalib gəlsə, Ermənistan siyasətində heç bir dəyişiklik olmayacaq" deyib.
Həmin görüntüləri təqdim edirik.