Rusiya ilə əsirlərin mübadiləsi nəticəsində Ukrayna 106 əsgərini geri qaytara bilib

  • 10:32 - 26 May

Mayın 25-də Rusiya ilə daha bir əsir mübadiləsi aparıldı, bu zaman Ukrayna Baxmut istiqamətində döyüşən 106 əsgərini geri qaytara bildi. 

Avropa.info xəbər verir ki, bu barədə Telegram sosial şəbəkəsində Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak məlumat verib. 

Rəsminin sözlərinə görə, geri qaytarılan ukraynalı hərbi əsirlər arasında 8 zabit və 98 əsgər və çavuş var. 

“106 insanımızı evə qaytarırıq. Bunlar Baxmut istiqamətindən olan əsgərlərdir - 8 zabit və 98 əsgər və çavuş. Baxmut uğrunda vuruşdular və düşmənin Şərqimizin dərinliklərinə doğru irəliləməsinə imkan verməyən bir şücaət göstərdilər. Onların hər biri dövlətimizin qəhrəmanıdır”, - deyə Yermak vurğulayıb. 

“Əsl evimiz bizim haqqımızda düşündüyü yerdir. Birlikdə qurduğumuz Ukrayna insanın, vətəndaşın ən yüksək dəyər olduğu yerdir. İnsanların qayğısına qalan ölkə. Cəmiyyətimiz belə kateqoriyalarda düşünür”, - deyə o bildirib. 

Bundan əlavə, Andrey Yermak vurğulayıb ki, bütün ukraynalılar evlərinə qaytarılacaq, ona görə də bununla bağlı işlər davam etdirilir.


Oxunma sayı: 2938

Oxşar yazılar