
ABŞ-da Türkiyədə prezident seçkilərinin ikinci turu üçün səsvermə başa çatdı - FOTO
- 14:37 - 25 May
Mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu üçün ABŞ-da yaşayan Türkiyə vətəndaşlarının səsvermə prosesi başa çatıb.
Avropa.info xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda Türkiyə Cümhuriyyətinin Səfirliyində qurulan seçki qutularında xaricdəki seçici siyahılarında qeydə alınmış seçicilər səsvermə prosedurlarını tamamlayıblar.
Türkiyə Yüksək Seçki Komissiyasının dünən yaydığı məlumata görə, xarici diplomatik nümayəndəliklərdə və sərhəd-keçid məntəqələrində 1 milyon 856 min 968 seçici səs verib.
Xaricdəki nümayəndəliklərdə səsvermə prosesi mayın 24-ü saat 22:00-da başa çatıb, gömrük keçidlərində isə mayın 28-i saat 17:00-dək davam edəcək.


