İngiltərə, Rumıniya və Fransa hərbçiləri Moldovada təlimlər keçirəcək

  • 20:32 - 25 May

Böyük Britaniya, Rumıniya və Fransa hərbçiləri may ayında Moldovada ilk Air Bastion 2023 təlimlərini keçirəcək. 

Avropa.info xəbər verir ki, bu barədə Moldova hökumətinin mətbuat xidməti cümə axşamı bildirib. 

“Təlimlərə Milli Ordunun hərbi texnikası, həmçinin Fransa, Rumıniya və Böyük Britaniya orduları cəlb olunacaq”, - deyə hökumətin Telegram kanalında bildirilib. 

Hərbi nəqliyyat hissələri mayın 25-27-də Leuseni keçid məntəqəsi vasitəsilə Moldovaya gələcək. Daha sonra Kişinyovdan keçərək təlimlərin keçiriləcəyi Bulboaka hərbi bazasına gedəcəklər. 

Təlimlərin vaxtı barədə məlumat verilmir.


Oxunma sayı: 2421

Oxşar yazılar