Şoyqudan Qərbə İTTİHAM: "Əsas məqsəd Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır"

  • 14:04 - 25 May

Qərb hər vasitə ilə Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır. 

Avropa.info xəbər verir ki, bunu Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. 

“Qafqaz regionundakı vəziyyətə gəlincə, bu, daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həlli dərəcəsi ilə müəyyən edilir. İndi Qarabağda təhlükəsizliyi Rusiya hərbi kontingenti dəstəkləyir. Bununla belə, Qərb hər cür şəkildə vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”, - deyə Şoyqu bildirib. 

Onun fikrincə, Qərb üçün əsas məsələ “Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır, nəinki uzunmüddətli perspektivdə regionun təhlükəsizliyini və rifahını təmin etməkdir”. “Buna misal olaraq Avropa İttifaqının Ermənistandakı mülki missiyası deyilən, hərbçilərin və xüsusi xidmət orqanlarının da daxil olduğu missiyanı göstərmək olar. Düşünürəm ki, onların əslində nə etdiklərini izah etməyə ehtiyac yoxdur”, - Şoyqu bildirib. 

“Bununla əlaqədar biz KTMT missiyasının regiona göndərilməsi üzrə işi davam etdirməyi zəruri hesab edirik”, - deyə Rusiyanın müdafiə naziri vurğulayıb. 

Eyni zamanda, müdafiə naziri Ermənistan tərəfinin KTMT çərçivəsində birgə əməliyyat və döyüş hazırlığı fəaliyyətlərində iştirakının vacibliyini qeyd edib. “Ermənistan bizim təşkilatın üzvüdür, müttəfiqimizdir. Biz sülhün bərqərar olmasında maraqlıyıq və Cənubi Qafqazda vəziyyətin sabitləşməsi üçün mümkün olan hər şeyi edirik. Eyni zamanda, Ermənistan tərəfinin KTMT çərçivəsində birgə əməliyyat və döyüş hazırlığı fəaliyyətlərində iştirakının vacibliyini xüsusilə qeyd etmək istərdim”, - Şoyqu bildirib. 

Daha sonra Rusiya Müdafiə Nazirliyinin rəhbəri Ukrayna mövzusuna toxunaraq deyib ki, NATO öz qruplaşmalarını yaratmaq üçün Ukrayna böhranından bəhanə kimi istifadə edir. 

“Alyansın genişlənməsinin növbəti mərhələsinə start verilib. Şərqi və Mərkəzi Avropada hərbi infrastruktur modernləşdirilir, zərbə silahları yerləşdirilir, birgə təlimlərin miqyası və intensivliyi artır”, - Şoyqu bildirib. 

Eyni zamanda, Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, Müdafiəçi Avropa 2023 təlimləri bloka daxil olmayan ölkələrin də iştirak etdiyi ən böyük təlim olacaq. 


Oxunma sayı: 3158

Oxşar yazılar