Parisdə silahlı hücum: Bir nəfər öldü

  • 16:34 - 25 May

Fransanın paytaxtı Parisdə silahlı hücum nəticəsində bir nəfər ölüb. 

Avropa.info bildirir ki, Fransa mətbuatında yer alan xəbərə görə, Parisin 8-ci rayonunda silahlı hücum olub. 

30 yaşlarında olan bir daşınmaz əmlak agentini hədəf alan silahlılar atəş açıblar. Bir dükana sığınan əmlakçı, yardım qruplarının müdaxiləsinə baxmayaraq, həyatını itirib. Hücum edənlər motosikletləri ilə hadisə yerindən qaçıblar.


Oxunma sayı: 3411

Oxşar yazılar