Ərdoğan 500 minə qədər qaçqının Suriyaya qaytarılması planını AÇIQLADI

  • 15:32 - 25 May

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 500 minə qədər suriyalı qaçqının vətənlərinə qaytarılması prosesinin başladığını açıqlayıb. 

Avropa.info xəbər verir ki, Ankaranın Mamak rayonunda çıxış edən Türkiyə lideri Suriyanın şimalında yüz minlərlə suriyalının məqsədyönlü şəkildə tikilmiş evlərdə yerləşdiriləcəyini bildirib. 

Onun sözlərinə görə, artıq tikilmiş evlərlə yanaşı, bir milyon qaçqının yerləşdirilməsi üçün Qətərin dəstəyi ilə Suriya ərazisində evlərin tikintisi üzrə daha bir proqram həyata keçirilir. 

Ankaranın miqrasiya siyasətində dünyanın aparıcı ölkələrinin, o cümlədən ABŞ, Fransa və Almaniyanın təcrübəsini nəzərə alan Ərdoğan bildirib ki, artıq evlərin tikintisi davam edir.


Oxunma sayı: 2421

Oxşar yazılar