Qətərdən bütün dünyanı heyrətləndirən AÇIQLAMA: "Bunu edə bilərik", deyib, elan etdilər

  • 11:29 - 25 May

Qətər Mərkəzi Bankının rəhbəri Səud Əl Tani bildirib ki, ölkənin maliyyə vəziyyəti yerli valyutanın dollara bağlanması üçün əlverişlidir. 

Avropa.info xəbər verir ki, Qətər Mərkəzi Bankının rəhbəri Bandar bin Mohammed bin Saud Al Sani paytaxt Dohada keçirilən üçüncü Qətər İqtisadi Forumunda çıxışında mövzu ilə bağlı dəyərləndirmələr edib. 

ABŞ-dakı likvidlik siyasətinin Qətər iqtisadiyyatı və maliyyəsi ilə uyğunlaşdığını bildirən Əl Sani, hazırda Qətər riyalının dollara indeksləşdirilməsi üçün uyğun mühit olduğunu bildirib. 

Qlobal inflyasiyanın bir çox ölkədə keçən ilə təsir etdiyinə diqqət çəkən Əl Sani, inflyasiyanın onilliklərin ən yüksək səviyyəsinə çatdığını, lakin son aylarda inflyasiya nisbətində yaxşılaşmanın olduğunu qeyd edib. 

Əl Sani bildirib ki, qiymət sabitliyi, inkişaf və maliyyə sabitliyi arasında tarazlıq təmin edilməlidir. 

Qətərin paytaxtı Dohada üçüncü dəfə keçirilən Qətər İqtisadi Forumu dünyanın aparıcı iqtisadiyyatından olan 2000-dən çox insanın iştirakı ilə dünən başlayıb. 

"Bloomberg Media Group" ilə birgə Dohada təşkil olunan forum mayın 25-də başa çatacaq.


Oxunma sayı: 2509

Oxşar yazılar