Çirkin sui-qəsd planı de-şifrə oldu: Ərdoğanı zəhərləmək istəyiblər - FOTO

  • 21:09 - 24 May

Bu yaxınlarda "Tvitter"də ortaya çıxan "Cennet_dunya" təxəllüsü ilə "Enes Khalifekan" adlı hesab gündəmə gəlib. 2016-cı ilin fevral ayında açılan və 2017-ci ildən aktiv istifadə olunmayan hesabın FETÖ terror təşkilatı üzvlərinə aid olduğu müəyyən edilib. 162 mindən çox tvit olan hesabda yazıların əksəriyyəti şifrəli mesajlardır. 

Avropa.info xəbər verir ki, onun "Tvitter" hesabında 162 mindən çox tvit var ki, orada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdinin şifrələri də var. Sözügedən sui-qəsd postunda 21.02.2017-ci il tarixdə Ərdoğanın Aydın proqramında həyata keçiriləcək sui-qəsdin şifrələri yer alıb. 

Enes Halifekanın "Kalın bağırsaq, bunu heç anlamadıq, 1 cür zəhər, 3 dəfə yatarkən. Səməd" şifrəsi ilə yazdığı paylaşımda FETÖ-nün Aydında Ərdoğanı zəhərləmək istədiyi aydın olub. 

Sui-qəsdin qarşısı alındı

Fevralın 26-da Aydına gedərək silsilə açılışlar edəcək Rəcəb Tayyib Ərdoğan, deyəsən, proqramını dəyişərək, mümkün sui-qəsdin qarşısını alıb. 

162 mindən çox əməliyyat tvitləri

2016-cı ildə Qaziantepdə baş verən partlayış, Rusiya səfirinə hücum, çevriliş cəhdləri, CHP-nin "hər şey gözəl olacaq" şüarı kimi bir çox mühüm hadisədən günlər əvvəl kodlu mesajlar paylaşılan hesabda Ərdoğana qarşı sui-qəsd düzənlənməsinə dair məlumatlar da diqqət çəkib. 

Ankara hücumu

Bu paylaşımdan bir gün sonra Ankarada PKK terror təşkilatı tərəfindən bombalı hücum həyata keçirilib. 

Qaziantep hücumu

Bu paylaşımdan iki gün sonra Qaziantepin Şahinbey şəhərində toyda bombalı hücum olub. Hücum nəticəsində 59 nəfər ölüb, 90-dan çox vətəndaş yaralanıb. 

2016-cı il Beşiktaş hücumları

Dekabrın 5-də kodlaşdırılmış tvitdə həm Beşiktaş idman klubu, həm də Vodafone Arenanın adı çəkilir. Sözügedən tvitdən cəmi 5 gün sonra Vodafone Parkı yaxınlığında və Maçka Demokratiya Parkında həyata keçirilən iki ayrı intiharçı hücumda 39 polis məmuru və 7 mülki şəxs şəhid olub. 

Rusiya səfirinə sui-qəsd

Bu paylaşımın isə Ankarada Rusiya səfiri Andrey Karlova sui-qəsdlə bağlı ola biləcəyini düşünülür.


Oxunma sayı: 2663

Oxşar yazılar