Stoltenberqdən Ukraynanın NATO-ya üzv olması barədə AÇIQLAMA

  • 21:35 - 24 May

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, münaqişə zamanı Ukraynanın Şimali Atlantika Alyansına daxil olması nəzərdə tutulmur. 

Avropa.info xəbər verir ki, o, Brüsseldə Amerikanın Alman Marşal Fondu tərəfindən təşkil edilən forumda çıxış edərkən deyib. “Müharibə zamanı Ukraynanın NATO-ya daxil olması qeyri-mümkündür”, - deyə o qeyd edib.

Müharibənin Ukraynanın NATO-ya üzvlüyü məsələsinə töhfə verib-verməməsi ilə bağlı suala Stoltenberq belə cavab verib: “Bəli və yox. Düşünürəm ki, hər kəs başa düşür ki, Ukrayna müharibənin ortasında olanda NATO-ya daxil olmaq bizim gündəmimizdə deyil. Müharibə bitdikdən sonra nə baş verəcəyi sual altındadır”. 

O qeyd edib ki, müharibə Ukraynanı NATO-ya yaxınlaşdırıb: “Biz pilotlar hazırlamağa başlayanda onlar daha çox NATO texnikasından istifadə edirlər, təbii ki, bu, bizi daha da yaxınlaşdırır. Bu, müxtəlif sistemlərin necə idarə olunacağına gəldikdə vacibdir. Bu baxımdan Vilnüsdə keçirilən sammitin böyük əhəmiyyəti var. Ukrayna sovet sistemindən NATO sisteminə keçir. Bunun üçün çoxillik proqramın qəbulu tələb olunur”.


Oxunma sayı: 2080

Oxşar yazılar