Qara dənizdə GƏRGİNLİK: Ukrayna “Türk axını” və “Mavi Axın”ı qoruyan gəmiyə hücum etdi - VİDEO

  • 20:38 - 24 May

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov ölkəsinin “Türk axını” və “Mavi axın” təbii qaz boru kəmərlərinin təhlükəsizliyini təmin etmək vəzifəsi daşıyan Qara dəniz donanmasında olan gəmiyə Ukrayna ordusuna məxsus pilotsuz dəniz vasitələri ilə hücuma cəhd edildiyini bildirib. 

Avropa.info-nun məlumatına görə, Konaşenkov bildirib ki, ötən ilin sentyabrında “Şimal axını 1” və “Şimal axını 2”də baş verən terror aktından sonra Rusiya ordusu belə yerləri qorumaq üçün tədbirlər görüb. 

 “Bu gün saat 05.30 radələrində Türkiyə Cümhuriyyətinin müstəsna iqtisadi zonasında yer alan “Türk axını” və “Mavi Axın” təbii qazının əməliyyat təhlükəsizliyini təmin etmək vəzifəsini yerinə yetirmək üçün çalışan Qara dəniz Donanmasının “İvan Xurs” gəmisinə Ukrayna Silahlı Qvvələrinə məxsus üç pilotsuz dəniz vasitəsi ilə hücum edilib. Boğazdan 140 kilometr şimal-şərqdə Rusiya gəmisinin standart toplarından açılan atəşlə düşmənin bütün qayıqları məhv edilib”, - deyə o bildirib..

Mətbuat katibi Konaşenkov bəyan edib ki, “İvan Xurs” gəmisi öz missiyasını yerinə yetirməkdə davam edir.


Oxunma sayı: 2146

Oxşar yazılar