Ukraynadakı yeni səfirimizdən ilk AÇIQLAMA

  • 11:44 - 24 May

Azərbaycanın Ukraynadakı səfiri təyin edilən Seymur Mərdəliyev Prezident İlham Əliyevə təşəkkür edib.

Avropa.info xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məni Azərbaycanın Ukraynadakı səfiri vəzifəsinə təyin etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Göstərilmiş bu yüksək etimadı doğrultmaq və Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafı üçün səylərimi əsirgəməyəcəm", - Seymur Mərdəliyev qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanın Ukraynadakı səfirini dəyişdirib. Dövlət başçısının imzaladığı sərəncama əsasən, Elmira Axundova Kiyevdən geri çağırılıb, onun yerinə Seymur Qurban oğlu Mərdəliyev təyinat alıb. 

O, yeni təyinata qədər Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsində çalışıb.


Oxunma sayı: 3323

Oxşar yazılar