Dünyada bir ilk: Fransada qısamüddətli uçuşlar QADAĞAN EDİLDİ

  • 21:28 - 24 May

Qaz emissiyalarının qarşısını almaq üçün Fransada 2,5 saatdan az uçuşlar qadağan edilib. 

Avropa.info xəbər verir ki, "Rəsmi qəzet"də dərc olunan qərara görə, ölkədə qatarla alternativi olan 2,5 saatdan az daxili uçuşlar qadağan edilib. 

Qadağa 3 il müddətində qüvvədə olacaq. 

Nəqliyyat naziri Klement Beaune verdiyi yazılı açıqlamada, sözügedən qərarla Nant, Bordo, Lyon və Paris-Orly arasında uçuşların qadağan edildiyini bildirib. 

Beaune qeyd edib ki, bu qərar istixana qazı emissiyalarının azaldılması siyasəti üçün əsas addımdır. 

Bu addımın dünyada bir ilk olduğunu bildirən fransalı nazir bunun hökumətin daha az istixana qazı buraxan nəqliyyat növlərini təşviq etmək siyasəti ilə üst-üstə düşdüyünü vurğulayıb.


Oxunma sayı: 2289

Oxşar yazılar