Ordumuzun əsgəri faciəli şəkildə həlak oldu

  • 09:34 - 24 May

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində (ildırım vurması) vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.

Bu barədə Avropa.info-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

***

Azərbaycan Ordusunun əsgəri faciəli şəkildə ölüb.

Avropa.info xəbər verir ki, yaxınlarının lent.az-a verdikləri məlumata görə, hadisə Daşkəsəndə qeydə alınıb.

20 yaşlı hərbi qulluqçu Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.


Oxunma sayı: 936

Oxşar yazılar