Azərbaycandakı seçki bülletenləri diplomatik kuryerlərlə Türkiyəyə göndərildi - FOTO

  • 13:37 - 23 May

Türkiyə vətəndaşlarının Azərbaycanda verdiyi səslər diplomatik kuryerlər vasitəsilə İstanbula göndərilib. 

Avropa.info xəbər verir ki, Azərbaycanda mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu üçün səsvermə prosesi başa çatıb. 

Azərbaycanda qeydiyyatda olan türkiyəli seçicilər üçün səsvermə prosedurları mayın 20-22-də Türkiyənin Bakıdakı səfirliyi, Naxçıvan və Gəncə Baş Konsulluqlarında keçirilib. 

Türkiyəli seçicilər Bakıda 9, Gəncədə 3, Naxçıvanda 3 olmaqla ümumilikdə 15 seçki qutusunda səs veriblər. Səsvermədən sonra qutulara yığılmış seçki bülletenləri gecə saatlarında Bakı səfirliyində diplomatik torbalara qoyularaq möhürlənib. Səhər saatlarında hava limanına aparılan səs torbaları diplomatik kuryerin müşayiəti ilə Türk Hava Yollarının (THY) İstanbul reysinə yerləşdirilib. 

Azərbaycanda 11 min 43, Bakıdakı səfirlikdə 7 min 417, Gəncə konsulluğunda 2 min 277, Naxçıvan konsulluğunda isə 1349 seçici qeydiyyatda olub. Azərbaycandakı türkiyəli seçiciləri seçkinin ikinci turunda 60 faizə yaxın iştirak edib.

Azerbaycan’daki oy pusulaları diplomatik kuryelerle Türkiye'ye gönderildi

 


Oxunma sayı: 2784

Oxşar yazılar