Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar araşdırılır - RƏSMİ

  • 10:54 - 23 May

“Mikayıl Müşfiqə aid olduğu ehtimal olunan qalıqların müayinəsi davam etdirilir”.

Avropa.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, hələlik bu istiqamətdə konkret nəticə yoxdur: “Onunla yanaşı, digər siyasi xadimlərin də qalıqları var idi. Həmin qalıqların kimə aid olduğu müəyyənləşdirilməyib”.


Oxunma sayı: 3334

Oxşar yazılar