Yaponiya və Çindən tarixi ADDIM

  • 09:45 - 23 May

Yaponiyanın müdafiə naziri Hamada Yasukazu və Çinin müdafiə naziri Li Şanfunun Sinqapurda görüşəcəyi açıqlanıb. 

Avropa.info-nun məlumatına görə, "Kyodo" agentliyi xəbər verir ki, Həmada və Şanfu iyunun 2-4-də Sinqapurda keçiriləcək təhlükəsizlik forumu olan Şanqri-La Dialoqu çərçivəsində görüşəcək. 

Görüşün Yaponiyanın Xirosima şəhərində keçirilən və mayın 21-də başa çatan G7 Sammitindən sonra elan edilməsi diqqət çəkib. 

Bildirilib ki, Yaponiyanın müdafiə naziri Həmada Çin sahil mühafizə gəmilərinin Yaponiya ərazi sularını pozması, Yaponiya ətrafında keçirilən Çin-Rusiya birgə təlimi və Tayvan boğazında sülh və sabitliyin qorunmasının vacibliyi kimi məsələləri müzakirə edəcək. 

Hər iki tərəfin müdafiə rəsmiləri arasında fövqəladə əlaqə xəttinin düzgün işləməsini təsdiqləməsi və nüvə və raket inkişaf proqramlarını davam etdirən Şimali Koreyaya necə cavab veriləcəyini müzakirə etməsi gözlənilir. 

Bildirilib ki, Çin-Yaponiya Sülh və Dostluq Sazişinin 45-ci ildönümünü qeyd edən bu il Yaponiya və Çinin xarici işlər və iqtisadiyyat nazirlərinin də iştirak edəcəyi yüksək səviyyəli iqtisadi dialoq keçiriləcək. 

Kyodo agentliyi xəbər verir ki, Həmada və Şanfu iyunun 2-4-də Sinqapurda keçiriləcək təhlükəsizlik forumu olan Şanqri-La Dialoqu çərçivəsində görüşəcək. 

Görüşün Yaponiyanın Xirosima şəhərində keçirilən və mayın 21-də başa çatan G7 Sammitindən sonra elan edilməsi diqqət çəkib. 

Bildirilib ki, Yaponiyanın müdafiə naziri Həmada Çin sahil mühafizə gəmilərinin Yaponiya ərazi sularını pozması, Yaponiya ətrafında keçirilən Çin-Rusiya birgə təlimi və Tayvan boğazında sülh və sabitliyin qorunmasının vacibliyi kimi məsələləri müzakirə edəcək. 

Hər iki tərəfin müdafiə rəsmiləri arasında fövqəladə əlaqə xəttinin düzgün işləməsini təsdiqləməsi və nüvə və raket inkişaf proqramlarını davam etdirən Şimali Koreyaya necə cavab veriləcəyini müzakirə etməsi gözlənilir. 

Bildirilib ki, Çin-Yaponiya Sülh və Dostluq Sazişinin 45-ci ildönümünü qeyd edən bu il Yaponiya və Çinin xarici işlər və iqtisadiyyat nazirlərinin də iştirak edəcəyi yüksək səviyyəli iqtisadi dialoq keçiriləcək.


Oxunma sayı: 4566

Oxşar yazılar