Ərdoğandan Türk Dövlətləri Təşkilatı AÇIQLAMASI: “Qardaşım İlham Əliyevlə görüşümüz türk dünyasına olan həssaslığımızın ən gözəl nümunəsidir”

  • 02:00 - 23 May

"Digər bir məsələ isə Türk Dövlətləri Təşkilatıdır, bu mövzuda türk dövlətləri ilə, xüsusən də bildiyiniz kimi, qardaşım İlham Əliyevlə görüşümüz oldu". 

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində bildirib.

"Eləcə də Türkiyə dövlətlərində keçirdiyimiz görüşlər oldu. Bunlar türk dünyasına qarşı həssaslığımızın ən gözəl nümunələridir”, - deyə Türkiyə lideri bildirib.

Dövlət başçısı çıxışında Qarabağ Zəfərinə də toxunub.

“Qarabağın azad edilməsilə biz CHP-nin saldığı qara ləkəni təmizlədik. Biz bu məsələdə əvvəlcədən humanist, islami və vicdanlı mövqe tutmuşuq”, - deyə Ərdoğan bəyan edib.


Oxunma sayı: 5347

Oxşar yazılar