
Prezident İlham Əliyev Litva Respublikasına rəsmi səfərə gedib - FOTO
- 19:16 - 21 May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Litva Respublikasına rəsmi səfərə gedib.
Avropa.info xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Vilnüs Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litvanın ətraf mühit naziri Simonas Gentvilas və digər rəsmi şəxslər qarşılayıblar.



