Yumurtaları torpağa basdırın və 6 həftə gözləyin - Nəticə inanılmaz olacaq

  • 23:18 - 19 May

Bağda, dibçəkdə meyvə-tərəvəz, gül yetişdirənlər bitkilərin məhsuldarlığını artırmağın çətinliyini yaxşı bilirlər. Ənənəvi olaraq, bitki məhsuldarlığını artırmaq üçün müxtəlif pestisidlər və kimyəvi maddələr istifadə olunur. Ancaq indi tərəvəz və meyvələrinizdən daha çox məhsul əldə etmək üçün yumurtadan istifadə edə bilərsiniz. Üstəlik, bitki əkərkən torpağa çiy yumurta qoymaq kifayətdir. 

Avropa.info bildirir ki, yumurta qabığı kalsium və müxtəlif mineralları ehtiva edir və torpağa əhəmiyyətli miqdarda mineral təmin edir. Çiy yumurtanı torpağın altına qoyduğunuzda torpaq mineral mənbəyinə çevrilir, əkdiyiniz bitkilərin kök çürüməsinin qarşısını alır və tərəvəz və meyvələrinizin məhsuldarlığını xeyli artırır. 

Bu prosesi necə tətbiq edəcəyimizi izah edək... İlk olaraq bitki əkəcəyiniz torpağı seçməlisiniz. Sonra çiy yumurtanı torpağa basdırıb və torpaqla örtməlisiniz. 

Yumurta çürüdükcə torpaq minerallar anbarına çevriləcək. Bu prosesi xarab yumurtalardan etmək daha yaxşı nəticə verəcək. 

Bu üsul peşəkarlar tərəfindən istifadə olunur və tərəvəz, meyvə və çiçək yetişdirən bağ sahibləri tərəfindən də tətbiq olunur. Nəticələrin olduqca yaxşı olduğu deyilir. Peşəkarlar bunu banan qabığı ilə də sınayırlar. 

Təcrübədən sonra etməli olduğunuz şey bitkilərinizin məhsuldarlığına nəzarət etməkdir.


Oxunma sayı: 6799

Oxşar yazılar