Dünyanı qarışdıracaq SENSASİON İDDİA: "Vaqner" ABŞ əsgərini öldürdü

  • 21:38 - 16 May

Rusiyanın “Vaqner” mühafizə şirkətinin qurucusu Yevgeni Priqojin “Telegram” qrupunda paylaşdığı videoda münaqişənin davam etdiyi Ukraynanın Bəhmut şəhərində ABŞ vətəndaşının öldürüldüyünü iddia edib. 

Avropa.info xəbər verir ki, rusiyalı jurnalist Aleksandr Simonovun "Telegram" hesabından yaydığı videoda Rusiyanın “Vaqner” təhlükəsizlik şirkətinin təsisçisi Yevgeni Priqojinin cəsədi və üzərindəki sənədləri yoxladığı göstərilir. 

"Budur, keçmiş Amerika əsgəri Nikolas. Onu ABŞ-a çatdıracağıq, tabuta qoyacağıq, hörmətlə Amerika bayrağı ilə örtəcəyik, çünki o, baba kimi yataqda ölməyib, döyüşdə həlak olub və yəqin ki, ləyaqətlə”, – Priqojin bildirib.

Vaqner lideri bildirib ki, həmin şəxs döyüşdə ölüb. 

ABŞ Dövlət Departamentinin Mətbuat Ofisindən "Anadolu" agentiyinin mövzu ilə bağlı sualına cavab olaraq, "Bir ABŞ vətəndaşının Bəhmutda öldürüldüyü xəbərini gördük, lakin əlavə məlumat axtarırıq", bildirilib. 

Ukraynada həlak olan Amerika vətəndaşını təsdiqləmək üçün ABŞ-ın imkanlarının az olduğu, Ukrayna müharibəsində həyatını itirənlərə başsağlığı verildiyi qeyd edilib. 

ABŞ vətəndaşlarına da Ukraynaya səfər etməmək barədə xəbərdarlıq edilib.


Oxunma sayı: 4500

Oxşar yazılar