Neft ABŞ və Kanadadan gələn xəbərlərə görə bahalaşdı

  • 15:05 - 16 May

Çərşənbə axşamı beynəlxalq birjalarda Brent markalı neftin bir barreli 75,48 dollara satılır. 

Avropa.info bildirir ki, bazar ertəsi son ticarət sessiyasında bu etalon neftin bir barelinin dəyəri günü 75,23 dollarla başa vurub. 

Mayın 16-sı saat 08.59-a olan məlumata görə, Brent markalı neftin bir barelinin qiyməti 0,33 faiz artaraq 75,48 dollar olub. WTI markalı xam neftin bir barelinin fyuçerslərinin dəyəri 71,20 dollar təşkil edib. 

Qiymətlər ABŞ hakimiyyətinin ölkənin strateji neft ehtiyatlarını artırmaq planları, habelə Kanadadakı meşə yanğınları ilə bağlı məlumatlar fonunda bahalaşır. 

ABŞ Energetika Nazirliyi ölkənin Strateji Neft Ehtiyatı (SPR) üçün 3 milyon barrelə qədər neft almağa hazır olduğunu ərəfəsində açıqlayıb. 

ABŞ prezidenti Co Bayden 2022-ci ilin martında Rusiya ilə Ukrayna arasındakı münaqişə fonunda benzinin bahalaşması fonunda SPR ehtiyatlarından 180 milyon bareldən çox neftin buraxılmasına icazə verib.


Oxunma sayı: 5314

Oxşar yazılar