
Bakıda AİLƏ FACİƏSİ: Qadını qətlə yetirib polisə təslim oldu
- 23:16 - 10 May
Bakıda 40 yaşlı qadın qətlə yetirilib, əri saxlanılıb.
Bu barədə Avropa.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 10-də saat 12:30 radələrində paytaxtın Sabunçu rayonunda evlərin birində 1983-cü il təvəllüdlü Quliyeva Sevinc Fəxrəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən S.Quliyevanın həyat yoldaşı, 1977-ci il təvəllüdlü Zöhrab Quliyev Quləli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. O, polisə könüllü gəlib.
İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.
Araşdırma aparılır.