Azərbaycanda 100-ə yaxın idmançı bir araya toplaşdı - FOTO

  • 13:15 - 10 May

Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə Braziliya Ciu-citsu döyüş sənəti üzrə seminar keçirilib. 

Avropa.info xəbər verir ki, Braziliya Ciu-citsu döyüş sənətinin Azərbaycandakı banisi Taleh Həsənov tərəfindən təşkil edilən seminarda 100-ə yaxın idmançı iştirak edib. 
Seminar çərçivəsində imtahanlar verilib, müxtəlif dərəcələr alınıb. 

Bundan başqa, seminarda məşqçilərin uşaqlara qarşı münasibət və davranışları da müzakirə edilib. Onlara uşaqlarla yumşaq davranmaq, düzgün təlim-tərbiyə keçmək tövsiyə olunub. 

Tədbirdə idmançılar fəndlər göstərdikdən sonra onların kəmər dərəcələri yoxlanılıb. Seminarda azyaşlılarla yanaşı məşqçilərə də təlim keçirilib.


Oxunma sayı: 11793

Oxşar yazılar