Masallıda arvadını öldürən kişi intihara cəhd etdi

  • 21:27 - 07 May

Mayın 7-si saat 08 radələrində Masallı rayon sakini 1975-ci il təvəllüdlü Sədaqət Səfərovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Masallı rayon prokurorluğundan Avropa.info-ya bildirilib ki, aparılmış araşdırmalarla 1964-cü il təvəllüdlü Gülağa Bəndəliyevin aralarında yaranmış mübahisə zamanı rayonun Təzə Alvadı kəndi ərazisində bıçaqla Sədaqət Səfərovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra isə özünə xəsarətlər yetirərək intihara cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.


Oxunma sayı: 6854

Oxşar yazılar