
Avropa çempionlarımızın qarşılanma mərasimi olub - FOTO
- 17:46 - 03 May
Məlum olduğu kimi, 28-30 aprel tarixlərində Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF/ESF) təşkilatçılığı ilə 13-cü Avropa çempionatı keçirilib.
Avropa.info xəbər verir ki, Avropa çempionatında iştirak edən milli komandamızın üzvlərinin qarşılanma mərasimi olub. Qarşılanma mərasimində idman ictimaiyyətinin nümayəndləri və idmançılarımızın ailə üzvləri iştirak edib.
Qeyd edək ki, komandamızın heyətində, kapitan, ikinci dan qara kəmər sahibi, dünya çempionu tituluna sahib olan idmançımız (+84 kq) çəki dərəcəsində mübarizə aparan Ülvi Məmmədov keçirdiyi 4 döyüşün hamısını qələbə ilə başa vurub. Gənclərdən ibarət yaş qrupunda isə Ağstafadan olan idmançımız 14-15 yaş, 70 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək çempion olub.
Avropa çempionatında 18 ölkə, 1000-dən artıq idmançı iştirak edib.

