Ermənistan KİV: Azərbaycan idmançıları İrəvanı tərk etdilər

  • 15:37 - 15 Aprel

Ermənistanda ağır atletika üzrə Avropa çempionatında iştirak etməli olan Azərbaycan idmançıları artıq İrəvanı tərk ediblər.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

Qeyd olunur ki, Ermənistan idman nazirinin müavini Karen Giloyan Azərbaycan idmançılarının artıq sərhəddən keçdiklərini bildirib.
Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.

Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün birgə bəyanat yayaraq idmançılarımızın təhlükəsiz şəraitdə Vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər.


Oxunma sayı: 6139

Oxşar yazılar