Qazax xalçası dünyanın ən məhşur rəsm əsərində - FOTO

  • 15:31 - 14 Aprel

Dünyaca məhşur bir rəsm əsərin görürsüz. 1553-cü ilə aiddir. Hazırda Londonda Milli Qalareyada nümayiş etdirilir. Müəllifi kiçik Hans Qolbeyindir. Almaniyada anadan olan rəssam uzun müddət Londonda yaşayıb. Onun "Səfirlər" adlı bu rəsm əsəri dünyanın ən bahalı əsərlərindən sayılır. Rəsmdə O, iki zəngin və savadlı insanı təsvir edir. Solda Fransanın İngiltərədəki 29 yaşlı səfiri Jan de Dentevil, sağda, 1533-cü ilin aprelində Londona səfər etmiş Lavoie yepiskopu Georges de Selve əks edilib. Bu rəsm əsərində diqqətimi cəlb edən Xalçadır. Özüdə Borçalı-Qazax xalçaçılıq məktəbinə məxsus xalça.Qazax xalçaçılıq məktəbinə Qazax, Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsi və Göyçə xalçaçılıq mərkəzləri aiddir. Bu Qazax xalça məktəbinin məhşur "Dördbuynuz" xalçasıdır. Forma baxımından onlar sadə görünüşə malik olsalar da, şahmat formalı düzülüşləri ilə qədim dövrlərə aid olma təsəvvürü yaradır.

Bu xalçalarda tamğa əks olunduğuna görə, Qafqaz, Ön Asiya və Qazaxıstan toxucuları onu həm də "Tamğalı" adlandırırılar. Qədim dövrlərdə bu naxış bir çox Azərbaycan xalçalarında əks olunurdu. XIX əsrin II yarısından ara-sıra müxtəlif xalçalarda bu naxışa rast gəlinir.Bir çox şərq xalqlarının mədəniyyətində buynuz təsviri güc və kişilik simvolu hesab edilir, bəzi hallarda isə dini-mistik görüşləri əks etdrir. Ona görə də xalçanın ara hissəsinin əsas naxışlarının buynuza oxşar dörd budaqdan təşkil olunması təsadüfi deyil. Onlar "Dördbuynuz" adlanmaqla dörd əsas həyat ünsürünə işarədir.

Orijinal çeşidinə görə Qazax xalçaları xarici alıcıların da diqqətini çəkib. XIV əsr Qazax xalçası Berlinin incəsənət muzeyində, XVIII əsr xalçaları Londonun “Viktoriya”, Nyu-Yorkun “Metropoliten”, Sankt-Peterburqun “Ermitaj” muzeylərində və digər kolleksiyalarda nümayiş olunur.

Repinin 1883-1885-ci illərdə çəkilmiş İvan Qroznı və onun oğlu İvan – 16 noyabr 1581-ci ildə” əsərində İvan Qroznının qolları arasında şahzadənin cansız bədənini tutduğu an təsvir olunmuşdur. Əsərdə ata və oğulun ayaqları altında Qazax xalçasının təsviri verilmişdir.

Avropa səyyahları, bura ticarətə gələn xarici tacirlər Azərbaycandan gedəndə özləri ilə müxtəlif əşyalarla yanaşı da xalçalar aparıblar. Bu xalça da Londona o dövrlərdə aparılıb. Vatikanda Papalar dəfn ediləndə tabutu Qarabağ xalçası üzərində qoyulur. Özü də neçə illərdir bu xalça eyni məqsəd üçün istifadə edilir. Dünyanın ən məhşur filmlərində, əsərlərində də Azərbaycan xalçalarına rast gəlmək olar. Sadəcə bir faktı deyim. Dünyada ən bahalı xalça Azərbaycandan oğurlanıb Britaniya muzeyində sərgilənən Şeyx Səfi xalçasıdır.

Məşhur Avropa rəssamları da öz əsərlərində xalçalarımızın təsvirlərinə yer vermişlər. Buna misal olaraq, Hans Memlinqin “Madonna körpəsi ilə”, “Dolça və güllərlə natürmort” (XV əsr), Yan van Eykin “Keşiş van der Paele madonnası” (XV əsr), Antonello de Messinanın “Müqəddəs Sebastian” (XV əsr) və s. əsərləri göstərmək olar. Bu əsərlərdə Qarabağ, Quba, Gəncə və Qazax xalçaçılıq məktəbində toxunan əsrarəngiz xalçaların təsvirinə rast gəlirik.Təəssüflər olsun ki, illər keçdikcə bu əsərləri araşdıran bəzi tədqiqatçılar, sənətşünaslar həmin təsvirlərə laqeydliklə yanaşır, bu xalçaların konkret olaraq hansı xalqa məxsus olduğunu qeyd etmirlər, onları Şərq xalçası, ya da Qafqaz xalçası kimi qələmə verirlər. Hətta bəzi tədqiqatlarda bu xalçalar İran, Ermənistan xalçası kimi qeyd edilir. Lakin xalçalardakı ornamentlər onların Azərbaycan xalqına məxsus olduğunu sübut edir. Bunun üçün də maraq olmalıdır ki, tədqiqatçılar gedib dünya muzey və qalareyalarında bunu sübut edə bilsinlər. Amma çox heyf ki, yaxşı mütəxəssis daha yetişmir. Naxışları bilənlərə də diqqət verilmir.

Zaur Əliyev, dosent
Avropa.info

Fotoğraf açıklaması yok.

Oxunma sayı: 29855

Oxşar yazılar