Quru sərhədlər bu tarixdən açılacaq? - Müzakirələr gedir - VİDEO

  • 10:32 - 31 Mart

Gürcüstan mediasında Azərbaycanla bu ölkənin quru sərhədlərinin açılacağı barədə məlumatlar yer alıb. 

Avropa.info xəbər verir ki, iddiaya əsasən, iki ölkə arasında quru sərhəd məhz may ayının 1-dən açılacaq.

Qeyd edək ki, Azərbaycanın qonşu ölkələrlə sərhədi 3 ildir ki, bağlıdır. Quru sərhədlərin açılacağı ilə bağlı hələlik rəsmi təsdiq olmasa da, bu mövzuda müzakirələrin getdiyi bildirilir.

Sərhədlərin bağlı qalması ölkə iqtisadiyyatına böyük zərbə vurduğu üçün məsələ parlamentdə müzakirə olunub. Deputat Aqil Abbas arb-yə bildirib ki, mayın 1-dən quru sərhədlərin açılmasının tərəfdarıdır.


Oxunma sayı: 3840

Oxşar yazılar