Rusiyadan skandal Türkiyə QƏRARI: Antalyaya tətilə gələn məmura görün, nə etdilər... - FOTO

  • 16:27 - 31 Mart

Rusiyanın Kirov vilayətinin məmuru Maksim Finçenko Türkiyədə istirahətindən sonra gözlənilməz qərarla üzləşib. 

Avropa.info xəbər verir ki, Kirov vilayətində seçki seçki komissiyasının sədri Türkiyəyə yay tətilinə getdiyinə görə başına iş açıb.

Maksim Finçenko adlı məmur “NATO ölkələrindən birində məzuniyyətdə olduğu anlaşıldığına görə” tutduğu vəzifədən uzaqlaşdırılıb. 

“Kommersant” qəzetinə danışan Finçenko ötən yay Türkiyədə tətil etdiyini etiraf edib, lakin səfərindən əvvəl əyalət rəhbərliyinə məlumat verdiyini iddia edib. 

Keçmiş seçki komissiyasının sədri məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib. 

“Mən başa düşmürəm ki, bu zərbə niyə mənə dəyib” – deyən Finçenko digər məmurların da Türkiyədə istirahət etdiyini eyham edib. Sabiq məmur qərarın daxili siyasətlə bağlı olduğunu təxmin etdiyini bildirib. 

Rusiya Mərkəzi Seçki Komissiyasının Maksim Finçenkonun yerinə yeni məmur təyin edəcəyi gözlənilir.


Oxunma sayı: 3191

Oxşar yazılar