Bərə yanğını nəticəsində 31 filippinli həlak olub

  • 10:37 - 31 Mart

Filippinin cənubunda ölkənin cənubundakı Zamboanqa limanından Jolo kəndinə doğru hərəkət edən bərə yanıb. 

Avropa.info xəbər verir ki, hadisə zamanı gəmidə 250 sərnişin və ekipaj üzvü olub. 

Yerli hakimiyyət orqanları 31 nəfərin öldüyünü, ən azı 23 nəfərin yaralandığını bildirib. Yeddi nəfər itkin düşənlər siyahısındadır. 

Basilan qubernatoru Cim Hataman yanğının gecə yarısı Basilan rayonu sahillərində başladığını bildirib. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

1987-ci ilin dekabrında Filippin bayraqlı Dona Paz buxarı yanacaq daşıyan gəmi ilə toqquşub. Ən azı 4300 nəfər ölüb.


Oxunma sayı: 2619

Oxşar yazılar