"The Wall Street Journal"ın müxbiri Rusiyada SAXLANILDI - Blinken bütün amerikalıları bu ölkəni tərk etməyə ÇAĞIRDI

  • 10:12 - 31 Mart

ABŞ dövlət katibi Entoni Blinken "The Wall Street Journal"ın müxbiri Evan Gershkoviçin Rusiyada saxlanmasını pisləyib və bir daha bütün amerikalıları Rusiyanı tərk etməyə çağırıb. 

Avropa.info xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

“Rusiyada Amerika vətəndaşlığına malik jurnalistin həbsindən dərin narahatıq. Bu məsələ ilə bağlı "The Wall Street Journal" ilə əlaqə saxlayırıq. ABŞ vətəndaşı xaricdə saxlanılan zaman biz dərhal konsulluğa müraciət etməyə başlayırıq və mümkün olan hər cür dəstəyi göstərməyə çalışırıq", - deyə Blinken bildirib. 

Dövlət katibi bir daha ABŞ vətəndaşlarının Rusiya Federasiyasının ərazisində olmalarının indi təhlükəli olduğunu bir daha vurğulayıb və onları “dərhal ölkəni tərk etməyə” çağırıb. 

Öz növbəsində, Ağ Ev əmin edib ki, ABŞ hakimiyyəti Gerşkoviç işi üzrə Rusiya ilə fəal əlaqə saxlayır.


Oxunma sayı: 2806

Oxşar yazılar