Türk cümhuriyyətləri jurnalistləri İstanbulda Behbud xan Cavanşirin xatirəsini yad etdilər - FOTO

  • 09:45 - 31 Mart

İstanbulda səfərdə olan azərbaycanlı jurnalistlərin təşəbbüsü ilə Türk cümhuriyyətlərindən olan media mənsubları 31 Mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar 1921-ci il iyulun 18-də erməni-daşnak Misak Torlakyan tərəfindən qətlə yetirilmiş Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşirin xatirəsini yad ediblər.

Avropa.info xəbər verir ki, azərbaycanlı jurnalistlər Türk cümhuriyyətlərindən olan media mənsubları ilə birlikdə İstanbulun Taksim meydanı yaxınlığındakı "Pera Palace" otelinin qarşısında Behbud xan Cavanşirin xatirə lövhəsinin önünə toplaşıblar. 

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla bağlı məlumat verən Avropa.info xəbər portalının redaktoru Rəsul Mirhəşimli bu soyqırımın dəhşətləri və miqyası barədə Qırğızstan, Qazaxıstan və Özbəkistandan olan jurnalistlərə məlumat verib. Rəsul Mirhəşimli qeyd edib ki, erməni-daşnak Torlakyan tərəfindən qətlə yetirilən Behbud xan Cavanşir Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsidir. 1918-ci ilin mart qırğınları barədə danışan R.Mirhəşimli ermənilərin törətdiyi vandalizm aktları barədə jurnalist həmkarlarını məlumatlandırıb.

"Yeni Müsavat" qəzetinin əməkdaşı Elşad Paşasoy qeyd edib ki, ermənilər bu soyqırımı aktlarını təkcə Azərbaycanın şimalında deyil, Güney Azərbaycan şəhərlərində, eləəcə də o qədim ərazilərimiz olan Qərbi Azərbaycanda da törədiblər. O bildirib ki, bu soyqırımların dəhşətləri dünyada baş verən bir çox vandalizm aktlarından böyük olub. 

Orta Asiyadan olan jurnalistlər azərbaycanılara qarşı ermənilərin törətdiyi qırğınlar barədə çalışdıqları mətbuat orqanlarında məlumatlar yayacaqlarını bildiriblər.

 

 

 

 

 

 

 

 

 


Oxunma sayı: 9186

Oxşar yazılar