
Bakıda ağır yol qəzası - Qadın öldü
- 21:32 - 30 Mart
Bakıda avtomobil qadını vuraraq öldürüb.
Avropa.info APA-ya istinadən bildirir ki, hadisə Pirallahı rayonu ərazisindən qeydə alınıb.Həsənov Əli Vaqif oğlu idarə etdiyi "Dacia Logan" minik markalı avtomobillə hərəkətdə olarkən piyada, 1969-cu il təvəllüdlü Eyravilova Esmira Məhəmməd qızını vurub. Nəticədə qadın aldığı xəsarətlərdən 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölüb.
Faktla bağlı cinayət işi başlanıb.