
ABŞ-da iki hərbi helikopter toqquşdu - FOTO
- 19:36 - 30 Mart
ABŞ-ın Kentukki ştatında iki ABŞ hərbi helikopteri toqquşub. Ölən və yaralananların sayı hələ açıqlanmayıb.
Avropa.info bildirir ki, "New York Times" qəzetinin ordu sözçüsünə əsaslanaraq verdiyi xəbərə görə, ABŞ ordusuna aid iki helikopter əyalətdə gecə təlimi fəaliyyəti zamanı toqquşub.
ABŞ-da 101-ci Hava Desant Diviziyasına aid iki "UH-60 Blackhawk" tipli helikopter axşam saat 22 radələrində Kentukki ştatının Fort Kempbell yaxınlığında təlim uçuşu zamanı toqquşub və qəzaya uğrayıb.


