İranın cənubunda daşqınlar nəticəsində üç nəfər ölüb

  • 17:00 - 30 Mart

İranın cənubunda leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 3 nəfər ölüb. 

Avropa.info xəbər verir ki, ILNA agentliyinin İranın Qızıl Aypara Cəmiyyətinin Kirmandakı rəhbəri Rzu Fəllaha istinadla verdiyi məlumata görə, daşqın Kirman vilayətinin altı şəhərini vurub. 

Kermanın Ciruft bölgəsində üç nəfər həlak olub. Üçüncü mərhumun meyiti Abgerm kəndindəki axardan tapılıb. 

Ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.


Oxunma sayı: 3345

Oxşar yazılar