Pakistan məhkəməsi keçmiş baş nazir Xanın həbsinə yenidən order verdi

  • 12:19 - 30 Mart

Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xanın dinləmələrdə iştirak etməməsi səbəbindən onun həbsinə növbəti dəfə order verib. 

Avropa.info xəbər verir ki, Pakistan mətbuatının məlumatına görə, 2022-ci ilin avqustunda keçmiş baş nazir də qadın hakimə qarşı təhdidlər üzrə məhkəmə iclasına qatılmayıb. 

Baş nazirin polis tərəfindən saxlanması məsələsi açıq qalır. 

Xan Lahorun Zaman Parkı ərazisində yaşayır. 

Pakistanın keçmiş baş nazirinə qarşı 90-dan çox iş başlanıb. 

Pakistan Nazirlər Kabinetinin keçmiş rəhbəri 2022-ci il aprelin 10-da ona verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsini itirib.


Oxunma sayı: 2916

Oxşar yazılar