BMT-nin baş katibi: Dünyada terrorun səviyyəsi artır

  • 11:04 - 30 Mart

BMT-nin baş katibi Antonio Quterreş dünyada terrorizmin təzahürlərinin artması ilə bağlı narahatlığını bildirib. 

Avropa.info xəbər verir ki, bu barədə Quterreş Twitter səhifəsində yazıb. 

“Terrorizm bütün dünyada yüksəlir, siyasi, iqtisadi və təhlükəsizlik sistemlərində qeyri-sabitlik axtarır və ondan istifadə edir”, deyə o bildirib. 

Baş katib inklüzivliyi təmin etməklə və “insan hüquqları və qanunun aliliyini etdiyimiz hər işin mərkəzinə qoymaqla” buna qarşı durmağın zəruriliyini qeyd edib.


Oxunma sayı: 3092

Oxşar yazılar