Qazaxıstanın baş naziri istefa verdi - Tokayevdən yeni hökumətin formalaşması ilə bağlı FƏRMAN

  • 10:16 - 30 Mart

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının Hökuməti haqqında” fərman imzalayıb. 

Avropa.info xəbər verir ki, Tokayev mövcud hökumətə Nazirlər Kabinetinin yeni tərkibi təsdiq olunana qədər üzərinə düşən vəzifələri yerinə yetirməyi tapşırıb. 

Baş nazir Əlixan Smailov bir müddət əvvəl bildirib ki, hökumət Konstitusiyaya uyğun olaraq səlahiyyətlərini dayandırır. “Biz istefa veririk və yeni hökumət qurulana qədər öz vəzifələrimizi yerinə yetirəcəyik. Yeni baş nazirin kim olacağına prezident və yeni Məclis (parlamentin aşağı palatası) qərar verir”. 

Martın 19-da ölkə parlamentinə növbədənkənar seçkilər keçirilib. 

Parlamentlərin aşağı palatası 98 deputatdan ibarətdir. Hakim Əmanət partiyası 53,9% səs toplayıb ki, bu da 40 mandata uyğundur.


Oxunma sayı: 2982

Oxşar yazılar