Azərbaycan və İsrail XİN başçılarının görüşü başladı - FOTOLAR (YENİLƏNİB)

  • 10:26 - 29 Mart

İsrail və Azərbaycan xarici işlər nazirləri arasında təkbətək görüş başlayıb

Avropa.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

***

10:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşüb.

Avropa.info xəbər verir ki, görüş Yerusəlim şəhərində baş tutub.

Xatırladaq ki, 2022-ci ilin sonunda Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Noyabrın 26-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib.

Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib. M.Məmmədov bu il martın 26-da etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.

 

 


Oxunma sayı: 7327

Oxşar yazılar