"Deputatı vurmaqla ölkədə sabitliyi pozmaq istəyirlər" - Aqil Abbas

  • 10:05 - 29 Mart

"Deputatı vurmaqla, qətlə yetirməklə ölkədə sabitliyi pozmaq istəyirlər".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bildirib.

Onun sözlərinə görə, buna səbəb son zamanlar Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi cinayətkarlara qarşı böyük əməliyyatlar həyata keçirməsidir:

"Təbii ki, bu terror hadisəsidir. Fazil Mustafa təkcə ictimai siyasi xadim deyil, o həm də Azərbaycanda qeyri-adi ziyalıdır. Bu terrordur. Bu da ondan irəli gəlir ki, son zamanlar Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi cinayətkarlara qarşı böyük əməliyyatlar həyata keçirirdi. Bunlardan hər birimizin xəbəri var. Ona görə də Fazil Mustafaya edilən hücum aranı qarışdırmaq üçündür. Deputatı vurmaqla, qətlə yetirməklə ölkədə sabitliyi pozmaq istəyirlər. Amma buna gücləri çatmayacaq. Deputatı vurmaq elə-belə hadisə deyil. Qarışıqlıq salmaq məqsədilə edilib. İnanıram ki, tezliklə bu əməlin üstü açılacaq".


Oxunma sayı: 3378

Oxşar yazılar