
Avtomobil kranla toqquşdu: biri uşaq olmaqla iki nəfər öldü
- 20:33 - 29 Mart
Abşeronda kranla avtomobil toqquşub.
Avropa.info APA-ya istinadən bildirir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.
İsmayıl Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobillə Ehtiram Fərzalıyevin idarə etdiyi "İVECO" markalı kran avtomobili ilə toqquşub. Nəticədə minik avtomobillində olan 1973-cü il təvəllüdlü Afət Əhmədova və 2017-ci il təvəllüdlü Zəminə Hüseynli ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.