Putindən Ermənistana sərt XƏBƏRDARLIQ - Rusiya bunu qəbuledilməz ADLANDIRDI

  • 18:36 - 29 Mart

Rusiya Ermənistana xəbərdarlıq edib ki, Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) üzvü olmamalıdır. 

Avropa.info xəbər verir ki, Ermənistan Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) üzv olmaq üçün Roma Statutunun qəbul edilməsi prosesinə başlayıb. 

Rusiyanın rəsmi xəbər agentliyi olan RİA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyindəki mənbə Ermənistanın məhkəmənin tərəflərindən biri olmasını “qəbuledilməz” adlandırıb. 

Bu addımın ikitərəfli münasibətlər üçün “çox ciddi nəticələri” olacağı bildirilib. 

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya prezidenti Vladimir Putinin hərbi cinayətlərdə ittiham olunaraq həbsinə order verib. 

BCM-nin Putinə qarşı irəli sürdüyü ittihamlar arasında bəzi uşaqların Ukraynadan Rusiyaya qanunsuz köçürülməsi də var.


Oxunma sayı: 3092

Oxşar yazılar