İstanbul Hava Limanı davamlı olaraq rekordlar qırarkən, ingilislər batmaq üzrədir - Yüzlərlə uçuş ləğv edildi

  • 17:33 - 29 Mart

Təhlükəsizlik işçilərinin tətili səbəbindən "British Airways" 31 martdan 9 aprelə qədər Pasxa bayramı da daxil olmaqla Hitrou hava limanından gündəlik 32 uçuşu ləğv edəcək. 

Avropa.info bildirir ki, Britaniya mətbuatında yer alan xəbərlərə görə, “Unite” həmkarlar ittifaqının üzvü olan Hitrou hava limanında 1400 təhlükəsizlik işçisi maaş artımı mübahisəsinə görə tətil edəcək. 

Tətil martın 31-də başlayacaq və aprelin 9-da, Pasxa bayramında başa çatacaq. Bu müddət ərzində "British" Airways gündəlik 32 uçuşu ləğv edəcək. 

British Airways-in istinad etdiyi xəbərdə, uçuşun ləğvindən təsirlənən sərnişinlərin 24 saat ərzində alternativ reyslərə yönləndiriləcəyi və ya bilet qiymətlərinin tam olaraq geri qaytarılacağı da bildirilib.


Oxunma sayı: 2476

Oxşar yazılar